Milli komandamızın Avstriya yürüşü: qələbə seriyasının davamı gəlsin!
25.05.2010 - 12:40
Sabah Azərbaycan milli komandası Avstriyada ilk yoldaşlıq görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, bu ölkədə 10 günlük təlim-məşq toplanışında olacaq milli komandamız ilk sınaq qoyununda Moldova yığması ilə qüvvəsini sınayacaq.
FİFA-nın son reytinqində Azərbaycandan yuxarı olan rəqib 84-cü pillədə qərarlaşıb. Hələ də ilk yüzlükdən kənarda qalan, 110-cu yerdə gedən yığmamız mayın 23-dən iyunun 3-dək Zalsburq federal torpaqlarının Sent-Yohan Ponqau dairəsində təlim-məşq toplanışı keçirəcək. Berti Foqtsun baş məşqçisi olduğu komandamız orada 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Mayın 29-a Makedoniya, iyunun 2-də DÇ-2010-un iştirakçısı olan Honduras yığması ilə oyun nəzərdə tutulub. Moldova ilə görüş Zeekirhen şəhərinə təyin olunub. Zalsburq federal torpaqlarının eyni adlı dairəsindəki şəhərin cəmi 12 min əhalisi var. Zalsburq şəhərindən 15 km məsafədə yerləşən Zeekirhen dəniz səviyyəsindən 512 m hündürlükdədir.
Adətən yoldaşlıq görüşündə nəticə elə də önəmli olmasa da, bu, bizim üçün istisna təşkil etməlidir. Hər halda, Foqtsun yetirmələri son üç oyunda meydanı qalib tərk edir. Bunlar Çexiya (2:0), İordaniya (2:0) və Lüksemburq yığmaları (2:1) ilə səfərdə keçirilən yoldaşlıq görüşləridir. Təbii ki, futbolsevərlərimiz bu qələbə seriyasının davamı gözləyir. Özü də rəqibin münasib olması uğurlu seriyanın davamının gəlməsi ehtimalını artırır. Moldova yığmasına bu il baş məşqçi təyin edilən rumıniyalı Qabi Balint hələ yeni komanda ilə tanışlıq dövrü keçir. Bu mənada ona moldovalı köməkçisi, Bakının “İnter” klubunun heyətində ölkə çempionatımızın gümüş medalını qazanan İon Testimitsianu yardım edir. Balint Premyer Liqamızda çıxış edən moldovalı futbolçuların çoxuna dəvət göndərib. Ancaq məsələ ondadır ki, yığmanın sabiq kapitanı Sergey Laşenkovla hücumçu Anatoli Doroş artıq Bakının “Olimpik-Şüvəlan” klubundan kənarlaşdırılıblar. Denis Kalinkov (“Xəzər-Lənkəran”), Aleksey Savinovla Vyaçeslav Sofroni (“Bakı”) Azərbaycan kubokunun final oyununda iştirak etdiklərindən, yığmanın düşərgəsinə sonradan qoşulmalı olub. Finalda cəza üzündən oynayan “Bakı”nın moldovalı yarımmüdafiəçisi Vadim Boretsin isə zədəsi olduğundan yığmamız və mayın 29-da Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq görüşlərindən kənarda qalıb.
Milli komandamızda isə “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov zədə üzündən Avstriyaya gedə bilməyib. Əsas qol ümidlərimizdən olan Hollandiyanın “Tvente” klubunun hücumçusu Vaqif Cavadov düşərgədə olsa da, zədədən sonra tam bərpa olunmayıb. Yığmamızın əsas qapıçısı Kamran Ağayevin isə kapitanı olduğu “Xəzər-Lənkəran”ın heyətində ölkə kubokunun finalında buraxdığı səhvdən sonra psixoloji hazırlığından çox şey asılı olacaq. Foqtsun Tofiq Bəhramov adına Respublika stadionunda izlədiyi həmin görüşdən sonra Kamrana sabah əsas heyətdə şans verib-verməyəcəyi maraq doğurur.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq Azərbaycan - Moldova oyunu ANS telekanalı ilə canlı yayımlayacaq.
Mehman SÜLEYMANOV

0
0