Mahmud Qurbanov: Kamran Ağayevə görə üzülürəm
25.05.2010 - 12:48
“Qazandığım mükafatlardan doymuram. Onlara fərq də qoymuram. Hər biri mənim üçün əzizdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın ən titullu futbolçusu Mahmud Qurbanov deyib.
37 yaşlı yarımmüdafiəçi son ilyarımda çıxış etdiyi “Bakı” klubunda ötən mövsüm çempionluq, bu dəfə isə gümüş medalla ölkə kubokunu qazanıb. 10 dəfə Azərbaycan çempionu, 5 dəfə kuboku qazanan Mahmudun ümumilikdə 19 mükafatı var: “Əlbəttə, bunun sayının 20 olmasını istərdim. Qismətimdə varsa, bu, olacaq. Əlbəttə, mövsümü yenə çempion kimi başa vursaydıq, daha yaxşı olardı. Ancaq hər halda, titul qazana bildik. Ölkə kubokunu qazanmasaydıq, mövsüm bizim üçün uğursuz olardı”.
Qurbanov finalda 2007-ci ildə “qızıl dubl” etdiyi, kapitan kimi kuboku başı üzərində qaldırdığı “Xəzər-Lənkəran”a qalib gəlib (2:1). Keçmiş komandası üzərində qələbəni prinsipial saymayan təcrübəli futbolçu hazırda şərəfini qoruduğu komandanın uğurunu daha çox düşünür. Mahmud “Xəzər-Lənkəran”da birgə oynadığı Kamran Ağayev üçün təəssüflənir: “Kamrana görə üzülürəm. O, doğrudan güclü qapıçıdır. İstəməzdim ki, bu, başına gəlsin, belə qol buraxsın. Ancaq görünür, qismət belədir. Komanda yoldaşım Ernad Skuliçin Ağayevə tərəf ötürdüyü top qapıya girməli imiş. Skuliçin dediyinə görə, o, topu auta çıxarmaq istəyib. Ancaq “Xəzər-Lənkəran”ın futbolçuların biri topu Kamrana ötürməsini istəyib. Ernad da bunu etdi və nəticədə top “Xəzər-Lənkəran”ın qapısından keçdi. Mənim də finalda qol vurmaq imkanım olsa da, meydana çıxandan az sonra əldə etdiyim vəziyyətdən yararlana bilmədim. İstənilən halda, kuboku “Bakı” qazandısa, deməli, buna biz daha layiq idik”.
“Bakı” ilə müqaviləsi bitən Mahmud karyerasını bitirmək haqda düşünmür. Hələ oynamağa özündə güc hiss edən veteran futbolçu yaş amilinin qabardılmasının əleyhinədir: “Hələ ki heç bir təklif yoxdur. Əlbəttə, “Bakı”dan yeni müqavilə gözləyirəm. Ancaq hələ bununla bağlı söhbətimiz olmayıb. Yəqin ki, yaxın vaxtda rəhbərliklə görüşüb danışarıq”.
Mehman SÜLEYMANOV

0
0