Branimir Subaşiç Çikaqoda mükafat qazandı – FOTOSESSİYA
25.05.2010 - 14:02
Branimir Subaşiç Çikaqoda mükafat qazandı – FOTOSESSİYA
Azərbaycan milli komandasının sabiq futbolçusu Braznimir Subaşiç karyerasında növbəti mükafatı qazanıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı serbiyalı hücumçu çıxış etdiyi Belqradın “Srvena zvezda” klubunun heyətində ABŞ-ın Çikaqo şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.

Subaşiçin komandası finalda Fransanın ən köklü klublarından biri sayılan PSJ-yə qalib gəlib. Əsas vaxtı heç-heçə (1:1) başa çatan görüşün taleyi oyunsonrası penaltilərlə həll olunub. Branimir ikinci zərbəni dəqiq yerinə yetirib. Sonda 7:6 hesabı ilə qalib gələn serbiyalılar okeanın o tayını qalib kimi tərk edib.

Subaşiç finalda Klod Makelele, Matey Kejman kimi məşhur futbolçulara qarşı oynamaq imkanı qazanıb. Serbiyalı həmkarlarımız uzun fasilədən sonra meydana çıxan futbolçumuzun hələ oynamağı yadırğamadığını da vurğulayıb.

Qeyd edək ki, yığmamızda 6 qol vuran Subaşiç 3 il çıxış etdiyi “Neftçi”də çempionatımızın gümüş və bürünc medallarını, həmçinin Birlik kubokunu qazanıb.