Vederson “Qalatasaray”da
25.05.2010 - 14:13
Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran “Qalatasaraq” əzəli rəqibi “Fənərbaxça”nın futbolçusunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılı” klub “Fənər”lə müqaviləsi yekunlaşan braziliyalı Gökçek Vedersonla razılıq əldə edib.
Mayın 31-də “fənərlilər”lə vidalaşacaq sol cinah oyunçusunun transfer pəncərəsi açıldıqdan sonra yalnız “Qalatasaray”la rəsmi müqaviləyə imza atması qalıb. 3 ildir “Fənərbaxça”nın heyətinə top qovan braziliyalının təxminən 2 həftə əvvəl danışıqları yekunlaşdırdığı bildirilir.
Qeyd edək ki, İstanbul klubu Vedersondan öncə “beşiktaşlı” Sərdar Özkan və “Bucasporlu” Mehmet Batdalla 3 illik müqavilənin şərtlərini həll edib.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0