“İnter”in prezidenti: Artıq Mourinyo ilə qurtardıq!
25.05.2010 - 15:34
İtaliyanın “İnter” klubunun prezidenti Massimo Moratti baş məşqçisi Joze Mourinyonun gedişini rəsmən təsdiqləyib. Apasport.az saytının məlumatına görə, Moratti portuqaliyalı mütəxəssisinin Madrid “Real”ına görə komandasını tərk etdiyini bildirib: “Fikrimcə, Mourinyo ilə hər şey qurtardı. İndi biz onsuz necə işimizi davam etdirməyi fikirləşəcəyik. Mourinyo mənimlə söhbətində artıq bütün fikirləri “Real”da olan insan təsiri oyatdı. Mourinyonun bu qərarına hörmət etməliyik. Hələ onun yerinə namizədləri gözdən keçirməmişik”.
Qeyd edək ki, Mourinyo başa çatan mövsümdə üç titul – İtaliya çempionluğu, kuboku və Çempionlar Liqasını qazandığı “İnter”lə müqaviləsi olduğundan, kompensasiya ödəmək lazımdır. Moratti ondan gedişinə görə 16 milyon avro tələb edir. Mourinyo isə ilkin razılıq verdiyi “Real”a pulsuz gedişinə icazə verməyi prezidentdən xahiş edib.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0