Mirsad Yonuz: Azərbaycanla oyunda biz sevinəcəyik
29.05.2010 - 11:13
“Azərbaycan milli komandası hörmətə layiq komandadır. Baş məşqçiləri Berti Foqts da bütün dünyada tanınır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Makedoniya milli komandasının baş məşqçisi Mirsad Yonuz deyib.
Bu gün keçiriləcək yoldaşlıq oyununda Azərbaycan yığması ilə qarşılaşacaq balkanlıların çalışdırıcısı matç ərəfəsində iddialı danışıb: “Foqtsun gəlişi ilə Azərbaycan yığmasının oyunu yaxşılaşıb. Almaniyalı komandasında nizam-intizamı və məsuliyyət hissini artırmağa nail olub. Bu matç bizim üçün ciddi sınaq olacaq. Amma mənim fikrimcə, bu qarşılaşmada qələbəyə biz sevinəcəyik”.
Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - Makedoniya oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

0
0