“Xəzər-Lənkəran” UEFA kubokunun qalibi ilə qarşılaşacaq
31.05.2010 - 13:30
“Xəzər-Lənkəran” klubunun Avstriyada yoxlama oyununda rəqiblərindən biri məlum olub. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi bu ölkədə təlim-məşq toplanışında UEFA kubokunun qalibi olan Ukraynanın “Şaxtyor” klubu ilə görüşəcək. Son ölkə çempionu olan Donetsk təmsilçisi “Xəzər-Lənkəran”la görüşməyə razılıq verib. Bu yoldaşlıq görüşünün iyunun 16-da keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, Avroliqada ölkəmizi təmsil edəcək “Xəzər-Lənkəran” iyunun 10-dan 25-dək Avstriyada hazırlıq prosesi keçəcək.
Qeyd edək ki, Avroliqada ölkəmizi təmsil edəcək “Xəzər-Lənkəran” iyunun 10-dan 25-dək Avstriyada hazırlıq prosesi keçəcək.
0
0