Hacı Hacıyev Mahir Şükürovun yoxluğuna hiddətlənib
31.05.2010 - 14:21
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun Rusiyanın “Anji” klubunun hazırlığından kənarda qalması baş məşqçi Hacı Hacıyevin narazılığına səbəb olub. Apasport.az saytının məlumatına görə, ikihəftəlik tətildən qayıdan Mahaçqala təmsilçisi məşqlərə başlasa da, bir qrup futbolçusu sıralarında deyil. Onların arasında milli komandamızın Avstriyadakı hazırlıq prosesində iştirak edən Mahir də var.
İlk üç həftəni yeniləşən, hər cür şəraiti olan bazasında keçirəcək Hacıyev hamının məşqlərdə iştirak etməməsinə hiddətlənib: “Hələ ki komandada futbolçuların 30 faizi yoxdur. Bu biabırçılıqdır! Bundan sonra belə hal olmamalıdır. “Zenit”lə oyuna qədər iki toplanış keçəcəyik. Bunlardan biri Mahaçqalada, digəri Avstriyada olacaq ki, ora oyunun 20-də yollanacağıq. İyulun 3-də isə “Anji” ilə Sankt-Peterburqa “Zenit”lə Rusiya kubokunun final oyunu ilə əlaqədar təxirə salınan görüşə gedəcək və ertəsi gün meydana çıxacağıq”.
Hacıyev Şükürovun sonradan qatılacağı təlim-məşq toplanışlarının məqsədini açıqlayıb: “İlk toplanışda məqsəd fiziki işgüzarlığı və atletizmin səviyyəsini qaldırmaqdır. Növbəti hazırlıq prosesində komandanın oyunun quruluşu ilə bağlı vəzifələrini həll edəcəyik. Avstriyada üç yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Rəqiblərin adları və görüşlərin tarixləri dəqiqləşdirilir. Ola bilsin ki, xaricə yollanana kimi iki yoxlama oyunu keçirdik”.

0
0