Qurban Qurbanov: Transfer məsələlərinə olduqca həssas yanaşırıq
31.05.2010 - 17:02
“Artıq “Qarabağ”ın legioner siyasəti müəyyənləşib. Klubumuz yerli futbolçularla yanaşı, gənclərə üstünlük verilməsi siyasətinə sadiq qalıb. Qarşıdan gələn mövsümdə də yolumuzu davam etdirəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Yeni mövsüm ərəfəsindəki transfer planlarını klubun rəsmi saytına açıqlayan 38 yaşlı mütəxəssis legioner siyasətinin dəyişməz qalacağını bildirib: “Ötən mövsümün ilk dövrəsində legioner kimi yalnız Admir Telinin, ikinci dövrədə isə Georgi Adamiyanın da xidmətindən yararlandıq. Gürcünü Azərbaycan futbolu üçün yad sima hesab etmək olmaz. Heyətimizdə ciddi dəyişiklik etmək niyyətimiz yoxdur. Təbii ki, heyətə yeni adlar qatmaq niyyətindəyik. Amma biz transfer məsələlərinə olduqca həssas yanaşırıq”.
Qurbanov yeni transferlərlə bağlı ad çəkməsə də, gözaltı etdiyi futbolçuların varlığını gizlətməyib: “Komandada görmək istədiyimiz bəzi gənc futbolçular var. Onlarla yanaşı, yeni legionerlər də görməyiniz mümkündür. Hansı mövqeyə transfer etməyimizi planlaşdırmışıq. Amma yenə də qeyd etmək istəyirəm ki, biz transfer siyasəti zamanı yanlışlığa yol vermək istəmirik. “Qarabağ”a və Azərbaycan futboluna maksimum fayda verəcək futbolçular əldə etməyə çalışacağıq”.

0
0