Mahir Şükürov: Elədikləri “Bakı” klubunun qarşısına çıxdı
31.05.2010 - 23:00
Azərbaycan yığmasının və Rusiyanın “Anji” klubunun futbolçusu Mahir Şükürovun apasport.az saytının Avstriyaya ezam olunan müxbirinə müsahibəsi
- Milli komanda artıq 10 gündür Avstriyada təlim-məşq toplanışındadır. Hazırlıq və arxada qalan iki oyun barədə fikirlərinizi bilmək istərdik.
- AFFA rəhbərliyi sağ olsun ki, bizim üçün belə şərait yaradıb. Hər şey yaxşıdır, normal məşq edib, 2012-ci il Avropa çempionatının oyunlarına hazırlaşırıq. Amma etiraf edim ki, 3 gündən bir oynamağımız ağırdır. Çempionat yeni başa çatdığı üçün uşaqlar bir az yorğundurlar. Amma mən 3 gün istirahət edə bildim. Oyunlara gəlincə, Moldova ilə matçda heç-heçə etdik, ardından Makedoniyaya uduzduq. Buna baxmayaraq, heç bir komanda uduzmaqdan sığortalanmayıb. İndi üçüncü - Hondurasla qarşılaşmaya hazırlaşırıq. İnşallah, bu dəfə qələbə qazanarıq. İstəyirik ki, Bakıya yüksək-əhval ruhiyyədə qayıdaq.
- Moldova və Makedoniya ilə oyunlarda komanda iki qol vurub, dördünü buraxıb. Sizcə bu, həm hücum, həm də müdafiə xəttinin zəif oynaması anlamına gəlir ki?
- Müdafiənin zəif olduğunu demək olmaz. Çünki hər oyunda müdafiəyə güclü yük düşür. Bu yoldaşıq görüşləridir. Biz də istəyirdik ki, yaxşı nəticələr olsun. Təki bu oyunlarda uduzaq. Əsas odur ki, seçmə mərhələdə məğlub olmayaq. Düzdür, komandanın hücum xəttində bir az problem var. Əvvəllər yaxşı hücumçularımız olub. İndi isə bizdə hücumçu qıtlığı var. Hazırda ön xətdə cavan futbolçular yer alıb ki, onlar da hələlik şanslarından yararlana bilmirlər.
- Ön xətdə oynayan futbolçularımızdan hansının çıxışını bəyənirsiniz?
- Ad çəkməyəcəyəm. Ona görə, onlar öz üzərində çox işləməlidirlər. Bizdə bilirsiniz necədir? Cavanları tərifləyən kimi, onlarda arxayınlaşma yaranır. Çünki hamısı sizin saytı oxuyur. Bu səbəbdən də heç kimi tərifləməyəcəyəm.
- Çoxları deyirdi ki, çempionat yeni bitdiyi üçün bu təlim-məşq toplanışına ehtiyac yoxdur. Siz necə fikirləşirsiniz?
- Mən bu fikirlərlə yox, baş məşqçi Berti Foqtsla razıyam. Belə götürəndə, nə yorğunluq ola bilər? Azərbaycanda 5-6 normal klub var. İngiltərədə 3 gündən bir oyun keçirilir. Ona görə də bizə çox oynamaq lazımdır. Özümü götürsəm, hər iki görüşdə 90 dəqiqə oynamışam, amma zərrə qədər də yorulma hiss etmirəm. Hamısı cavan futbolçulardır. Heyətdə qoca yoxdur ki, yorulsunlar. Əksinə, gənclər yığma komandada tez-tez oynamağa sevinməlidirlər.
- Siz “Anji” klubunda oynayırsınız. Bəlkə buna görə belə fikirləşirsiniz. Hər halda, Rusiya və Azərbaycan klublarında fərq var.
- Bəli, fiziki cəhətdən böyük fərq var. Amma mən Azərbaycan çempionatında oynayanda da çox çalışırdım. Ola bilsin ki, Rusiya çempionatı məni dəyişdirib.
- Biz Makedoniya ilə matçı tanınmış rusiyalı mütəxəssis Stanislav Çerçesovla birgə izlədik. O, deyirdi ki, Mahir Şükürov meydanda özündən razı görünür...
- Artıq 27 yaşım var. Özümü meydanda arxayın hiss edirəm. Mən Çerçesovun fikirlərinə pis yanaşmıram. Komandanın uğur qazanması üçün qəlbim yanır. İstəyirəm yaxşı nə varsa, hər şey edim. Artıq mənim səviyyəm başqadır. Rusiya məni dəyişdi.
- Biz Avstriyada olanda Bakıdan xəbər gəlib ki, “Xəzər-Lənkəran” sizi transfer etmək istəyir. Bununla bağlı nə deyə bilərsiniz?
- Lənkəran təmsilçisinin mənimlə maraqlanması yaxşı haldır. Məni təkcə “Xəzər-Lənkəran” yox, digər klublar da heyətində görmək istəyir. Əgər mən Rusiyanı seçmişəmsə, deməli qabağa getmək istəyirəm. Azərbaycan çempionatına qayıtmaq fikrim yoxdur. Buna görə də, “Xəzər-Lənkəran” mənim əvəzimə başqa futbolçu axtarsa, daha yaxşı olar.
- Azərbaycan kubokunun final oyunundan yəqin ki xəbərdarsınız. “Fair Play” qaydaları əsas gətirilərək, “Bakı”nın “Xəzər-Lənkəran” klubunun qapısına vurduğu ilk qol hələ də müzakirə olunmaqdadır. Halbuki, paytaxt təmsilçisi ötən mövsüm sizi və o vaxt şərəfini qoruduğunuz “Olimpik” klubunu “Fair Play” qaydalarını pozduğu üçün ittiham edirdi...
- Həmin vaxt mənə çox təzyiq etdilər. Halbuki, qolu Junivan vurmuşdu. Mən sadəcə, aut yerinə yetirmişdim. Nədənsə, həm mətbuat, həm də “Bakı” rəhbərliyi mənim üstümə çox düşmüşdü. Etdiyim hərəkəti Azərbaycan futbolunda ləkə adlandırdılar. İndi hər şey “Bakı”nın qarşısına çıxdı. Onlar da mənim aqibətimlə üzləşiblər. Məni centlmenlikdə ittiham edənlər, gərək finalda öz qapılarından top buraxardılar. Amma eşitdiyimə görə, onlar bunu istəməyib. Həmin vaxt bəzi futbolçular da məni günahlandırdılar. İndi həmin futbolçulara səslənirəm: belə centlmenlikdən dəm vururdunuzsa, qol buraxardınız da... Biz Moldova ilə oynayanda da buna oxşar vəziyyət yarandı. Topu “Fair Play” qaydalarına uyğun yerinə yetirəndə moldovalıların kapitanı, Moskva “Dinamo”sunda forma geyinən Aleksandr Yepuryanu mənə dedi ki, topu elə qaytar ki, Azərbaycan kubokunun finalındakı kimi olmasın. Cavab verdim ki, narahat olma. Artıq çox ölkələrdə bilirlər ki, “Bakı” kuboku necə qazanıb (gülür).

0
0