Amit Quluzadə: Sizə söz verirəm ki, məndə belə şey olmayacaq!
31.05.2010 - 23:30
“Çox sevinirəm ki, baş məşqçi mənə milli komandada debüt etmək şansı verdi. Bu fürsətdən maksimum yararlandım. Özümü yaxşı tərəfdən göstərib, ümidləri doğrultmağa çalışdım”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Amit Quluzadə deyib.
“Neftçi” klubunun yarımmüdafiəçisi Makedoniya ilə yoldaşlıq görüşündə ilk dəfə milli formanı geyindi. Həmin qarşılaşmanı “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov da izləyirdi. Quluzadənin fikrincə, bu amil ona əlavə stimul verib: “Oyundan sonra Arif müəllimlə görüşdüm. Məndən razı qaldığını söylədi. Ümid edirəm ki, gələcəkdə də mənə “Neftçidə” oynamağa kömək edəcək. Yığmanın baş məşqçisi Berti Foqts da məndən razı qaldı”.
Quluzadə milli komandada debüt etsə də, “ulduz xəstəliyi”nə tutulmayacağına söz verib: “Hərənin öz xarakteri var. İnanmıram ki, mən də bəzi futbolçular kimi pis mənada dəyişim. Necə varamsa, elə də qalacam. Dəyişsəydim, indiyədək büruzə verərdi. Milli komandaya ilk dəfə çağırılmıram ki. Dəyişsəm, çoxdan dəyişərdim. Məni tanıyanlar, bilir ki belə etmərəm. Sizə söz verirəm ki, məndə belə şey olmayacaq”.

0
0