Azərbaycan yığması: 30-cu qələbənin intizarında
01.06.2010 - 12:54
Sabah Honduras milli komandası ilə görüşəcək Azərbaycan yığması tarixinin 166-cı oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, 18 illik tarixi ərzində cəmi 29 qələbə qazanan komandamız yubiley zəfərinin astanasındadır.
30-cu qalibiyyətini Avstriyada almağa çalışacaq futbolçularımız indiyədək 40 dəfə meydanı heç-heçə ilə tərk edib. 96 dəfə uduzan yığmamız top fərqi ilə də öyünə bilmir. Belə ki, tarixi ərzində 112 dəfə rəqib qapısına yol tapan millimiz 294 dəfə rəqiblərinin uğuruna üzülüb.
Hondurasla qarşılaşma bizim 88-ci yoxlama matçı kimi tarixə düşəcək. Qələbələrinin çoxunu bu görüşlərdə qazanan millimiz 23 belə uğuru bayram edib. 28 dəfə yoldaşlıq oyunundan elə yoldaşcasına heç-heçə ilə ayrılan komandamız 36 dəfə rəqibin gücünə şahid olub. Bu matçlardakı top fərqi də səviyyə fərqini göstərir – 81:120.

0
0