Diniyevlə Sadıqov bir arada
01.06.2010 - 13:49
Diniyevlə Sadıqov bir arada
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 5-dən 10-a qədər keçiriləcək təlim-məşq toplanışına 27 futbolçu dəvət olunub. Şağan Olimpiya İdman Kompleksində təşkil olunan hazırlıqlarda Əyyub Əliyev, Fuad İslamzadə, Qurbanəli Əliyev, Adil Nağıyev, Sadiq Quliyev, Rauf Əliyev, Rahib Abuşov, Mənsur Nəhavəndi, Coşqun Diniyev, Kənan Manafov, Kamran Abdullazadə, Üzeyir Sadıqov, Namiq Ələsgərov, Orxan Əliyev, Nurlan Əhmədov, Emil Həşimov, Seyran Məmmədov, Elvin Camalov, Şirməmməd Məmmədov, Tural Məmmədov, Əli Həsənli, Azər İbrahimov, Tural Rzayev , Polad Mirzəzadə, Rüfət Həsənov, Ruslan Nəsirli və Mirkamil Haşımlı iştirak edəcək.

Qeyd edək ki, toplanış seleksiya xarakteri daşıyır.

Mənbə: affa.az