Yığmamızın ikinci Branimir Subaşiçə ehtiyacı var
01.06.2010 - 14:24
Yığmamızın ikinci Branimir Subaşiçə ehtiyacı var
Sabah Honduras yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası tarixi ərzində 5-ci dəfə iyunun 2-də meydana çıxacaq.

Apasport.az saytının məlumatına görə, komandamız üçün bu tarix uğursuzluqla əlamətdardır. Belə ki, iyunun 2-də keçirdiyi qarşılaşmaların hamısında uduzan futbolçularımız ən azı 2 top fərqinə üzülüb. Arxada qalan 4 belə matçda 13 top buraxan yığmamız yalnız bir dəfə rəqib qapısına yol tapıb. Bu da Bakıda keçirilən oyunda milliləşən serbiyalı hücumçu Branimir Subaşiçə nəsib olub.

1996

Norveç

0:5

s

DÇ-1998-in seçmə oyunu

2001

Türkiyə

0:3

s

DÇ-2002-nin seçmə oyunu

2007

Polşa

1:3

e

AÇ-2008-in seçmə oyunu

2009

Türkiyə

0:2

s

Yoldaşlıq oyunu