Rəşad Sadıqov: Hondurasla oyunun daha çox yadımızda qalmasını istəyirəm
01.06.2010 - 16:28
“Avstriya təlim-məşq toplanışında ən çox xoşuma gələn Alp dağları oldu. Həyatımda ilk dəfədir belə halla üzləşdim. Qayıqda gəzmək də yadda qalan təəssürat, əsl adrenalin idi. Ancaq ümid edirəm ki, Honduras yığması ilə sabahkı yoldaşlıq görüşümüz daha çox yadımızda qalacaq”. Bu fikirləri apasport.az saytına Avstriyaya ezam olunmuş xüsusi müxbirinə açıqlamasında Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.
Onun sözlərinə görə, Berti Foqtsun millimizin baş məşqçi postuna gəlişindən sonra belə təlim-məşq toplanışları olsa da, o, hər hazırlıq prosesində fəal istirahət təşkil etməklə onları təəccübləndirir: “Biz dağa qalxdıq. Özünüz də orda idiniz, bunu gördünüz. Bu, bizə iki məşqə başa gəldi. Foqts da istəyir ki, biz tam istirahət etməyək. Çünki oyunlar ardıcıllığı zamanı çox istirahət etmək olmaz”.
Rəşad bildirib ki, Hondurasla oyunda yaxşı oynayıb, qalib gəlmək istəyirlər: “Qoy bu, Avstriyada ən yaddaqalan oyunumuz olsun. Görüşməyi nəzərdə tutduğumuz üç yığma arasında sabah ən güclüsü ilə qarşılaşacağıq. Oyuna ciddi hazırlaşırıq. Makedoniyaya uduzmaq istəmirdik. İndi bu məğlubiyyəti unutmağa çalışırıq. Biz daha güclü komandalarla görüşmüşük. Qələbə üçün hər şeyi edəcəyik”.
Sadıqov Foqtsun vaxtında ilk avtoqol edən futbolçu kimi tarixə düşdü. Ağdamın “Qarabağ” klubunun futbolçusunun fikrincə, heç kim topu öz qapısından keçirməkdən sığortalanmayıb: “Mən rəqibin hava ötürməsinin qarşısını almaq istəyirdim, ancaq top qapımızdan keçdi. Buna görə oyundan sonra özümə çox əziyyət vermirdim. Futbolda rikoşet olur və hər bir futbolçu bununla qarşılaşa bilər”.

0
0