Arif Əsədov: Bəyəndiyim makedoniyalılardan biri hücumçu, digəri yarımmüdafiəçidir
01.06.2010 - 16:56
“Avstriyaya səfərim səmərəli alındı. Sadəcə, işlərin çoxluğu, vaxt azlığı ilə əlaqədar orada çox qala bilmədim. Makedoniya yığmasında iki futbolçu maraq dairəmizə düşüb. Bunlar hücumçu və dayaq yarımmüdafiəçisidir. Bizə bu mövqeyə futbolçular lazımdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Avstriyaya seleksiya xarakteri daşıyan səfərdən yenicə qayıdan gənc çalışdırıcı milli komandamızın Moldova (1:1) və Makedoniya yığmaları (1:3) ilə yoldaşlıq görüşlərini izləyib. “Neftçi”nin maraq dairəsinə düşən hücumçu Mənsur Kurtişi yığmamızla oyunda hesab açıldığı zamanı məhsuldar ötürmə ilə yadda qaldı. Ancaq Əsədovun sözlərinə görə, onun çıxışı tam istədiyi kimi olmayıb: “Diqqət yetirdiyimiz bir sıra makedoniyalı futbolçular arasında ikisini bəyəndik. Ancaq indi onların adlarını açıqlamayacağam. Çünki onları keçidi hələ həll olunmayıb. Makedoniyalıların komandamıza keçidi danışıqların nəticəsindən sonra bilinəcək. Onların sabah Rumıniya yığması ilə Avstriyada yoldaşlıq görüşünü imkan olarsa, televiziyadan izləyəcəyəm. Oyunun kasetini bizə göndərməyi tapşırmışıq. Biz konkret təklif olan futbolçulara baxmağa gedirik. Təbii ki, bu işə vasitəçilik edən menecerlər futbolçularını gəlişimiz haqda xəbərdar edirlər. Misal üçün, mən Fransa, İtaliya, yaxud Rusiyada oynayan futbolçunu bəyəndim, ancaq onlar bura gəlməz axı. Yəni reallığı nəzərə almaq lazımdır. Göz qoyduğun futbolçunun müqavilə məsələsi, sərbəst olması da böyük rol oynayır. Bir sözlə, ayağını yorğanına görə uzatmaq lazımdır”.
“Neftçi”nin çalışdırıcı millimizin heyətində olan gənc futbolçuların xidmətində də maraqlı olduğunu gizlətmir: “Avstriyada olduğum müddətdə onlarla danışığımız oldu. İlkin razılıq verənlər də var. Ancaq transferlərin reallaşması haqda danışmaq tezdir. Çünki sabah elə ola bilər ki, danışıqlar müsbət yekunlaşmasın. Belədirsə, onda indidən ad çəkməyə nə gərək var? Buna görə də indidən ad açıqlamağı düzgün saymıram. Onu deyə bilərəm ki, yeni mövsümdə gənc və təcrübəli futbolçuların vəhdətini yaratmaq istəyirik. Bu mənada gənc oyunçularımıza xüsusi diqqət yetirəcəyik və gələcəkdə “Neftçi”nin heyəti əsasən onlardan təşkil olunacaq”.
Mehman SÜLEYMANOV

0
0