“Neftçi” “Beşiktaş”, “Şaxtyor” və “Zenit”lə oynaya bilər
01.06.2010 - 17:21
Bakının “Neftçi” klubu yeni mövsümdə hazırlıq məqsədilə Avstriya və Türkiyədə təlim-məşq toplanışında olacaq. Klubun baş məşqçisi Arif Əsədov apasport.az saytına açıqlamasında səfər etdiyi Avstriyada Zalsburq şəhərində hazırlıq keçəcəklərini bildirib.
Onun sözlərinə görə, bir neçə variant var idi və artıq seçimlərini ediblər: “Avstriyada keçəcəyimiz məkan, şərait, məşq meydançalarını nəzərdən keçirdik. Hətta orada çəkiliş apararaq, bunu rəhbərliyimizə təqdim etmişik. Xaricdə ilk təlim-məşq toplanışında fiziki hazırlığa daha çox diqqət yetirəcəyik. Bu mənada Zalsburqun dağlıq ərazisi tələblərimizə cavab verir. Ora çox gözəl yerdir, əla havası var. Bir sözlə, fiziki yükləmələr üçün ideal şərait var. Üstəlik, iyulun 27-dən iyulun 9-a kimi hazırlıq keçəcəyimiz Zalsburqda güclü rəqiblərlə yoxlama oyunu keçirmək imkanımız var. Bizə verilən məlumata görə, Türkiyənin “Beşiktaş”, Ukraynanın “Şaxtyor”, Rusiyanın “Zenit”, Avstriyanın “Rid” klubları həmin vaxt orada toplanışda olacaq. Bu komandalarla razılığa gəlib, 3 oyun keçirməyi planlaşdırmışıq. Yoxlama oyunlarının tarixlərini vermişik. Yəni bunlar iyulun 3-ü, 7-si və 9-a nəzərdə tutulub. Təbii ki, oyun keçirmək üçün tarixlər onların planlarına uyğun gəlməlidir”.
“Neftçi”nin çalışdırıcısı Türkiyənin Antalya şəhərində iyulun 15-dən 25-dək təlim-məşq toplanışı keçəcəklərini bildirib: “Orada taktiki-texniki hazırlıq üzərində çalışacağıq. Antalyada 4 yoxlama oyunu keçirmək fikrindəyik. Ancaq rəqiblər hələ bilinmir. Yeni çempionatımızın avqustun 1-dən başlanacağı gözlənildiyindən, son bir həftəni Bakıda hazırlaşacağıq. İyunun 17-də yığışıb, 18-19-da futbolçularımızı tibbi müayinədən keçirəcəyik. Avstriyaya yollanana kimi Bakıda məşq edəcəyik”.
Qeyd edək ki, Əsədov Avstriyaya klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu ilə birgə yollanmışdı.
Mehman SÜLEYMANOV

0
0