“Simurq” baş məşqçisiz qaldı
01.06.2010 - 23:07
Zaqatalanın "Simurq" klubu baş məşqçisi ilə bağlı son qərara gəlib. Apasport.az saytının məlumatına görə, ukraynalı Roman Pokora ilə yollar rəsmən ayrılıb. Mayın 22-də vətəninə qayıdan baş məşqçiyə artıq bu barədə məlumat da verilib.
Əslində, Pokoranın gedəcəyi "Simurq" ilk "altılığ"dan kənarda qaldıqdan sonra müzakirə olunurdu. Sadəcə, rəhbərlik Pokora məsələsində çempionatın gedişində qərar qəbul etmək istəmirdi. Nəhayət, bütün işlər gözdən keçirildikdən sonra Pokora ilə müqavilənin müddətinin artırılmaması məqsədəuyğun sayılıb."Simurq"un yeni baş məşqçisi hələ müəyyənləşməyib.
Qeyd edək ki, Roman Pokora "Simurq" klubuna 4 ildir ki, başçılıq edirdi. Komanda onun dönəmində ən yüksək nailiyyətini 2008-09 mövsümündə 3-cü yeri tutmaqla qazanıb. 63 yaşlı ukraynalının məşqçi karyerasını bundan sonra vətənində və İranda davam etdirmək ehtimalı mövcüddur.

0
0