Azərbaycan - Makedoniya oyunu Moskvada müzakirə olunacaq
02.06.2010 - 10:04
Azərbaycan - Makedoniya oyunu Moskvada müzakirə olunacaq
Azərbaycan milli komandasının Makedoniya yığması ilə Avstriyada keçirdiyi yoldaşlıq görüşü Moskvada müzakirə olunacaq.

Apasport.az saytının məlumatına görə, Rusiya yığmasının baş məşqçisi Dik Advokat bu məqsədlə bu gün paytaxta gələcək. Moskvada bir neçə tədbiri planlaşdırılan hollandiyalı mütəxəssis köməkçiləri ilə görüşəcək. Rusiya yığmasının məşqçiləri orada AÇ-2012-dəki rəqiblərinin iştirakı ilə izlədikləri yoldaşlıq görüşləri haqda təəssüratlarını bölüşəcək.

Qeyd edək ki, Advokat İrlandiya yığmasının mundial iştirakçısı Əlcəzairlə yoxlama oyununu izləmək üçün Dublinə səfər etmişdi. Onun köməkçisi Aleksandr Borodyuk isə Avstriyada olduğu Azərbaycan - Makedoniya (1:3) ilə yanaşı, Slovakiyanın Kamerunla görüşünü izləyib. Advokat şənbə günü vətəninə qayıtmalıdır.

Qeyd edək ki, ötən seçmə mərhələdə yığmamızla bir qrupa düşən Rusiyanın AÇ-2012-də rəqibləri İrlandiya, Makedoniya, Slovakiyadır.