Honduras mətbuatı: Azərbaycan yığması zəif rəqibdir
02.06.2010 - 11:20
Honduras mətbuatı Azərbaycan milli komandasına qiymət verib. Apasport.az saytının məlumatına görə, bu ölkədəki həmkarlarımız Berti Foqtsun baş məşqçisi olduğu yığmamızı çox zəif rəqib hesab edir. Onların fikrincə, milli komandaları bu gün Avstriyada Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşündə bütün gücünü qoymayacaq. Çünki qarşıda DÇ-2010-a məsul sınaq var və Reynaldo Ruedanın çalışdırdığı yığma bu gün ehtiyatı əldən verməyəcək. Heyətdə itkiləri arzulamayan Rueda əsas futbolçularını qorumaq fikrindədir. Honduraslı həmkarlarımız hesab edir ki, bu gün yığmamıza qalib gəlsələr, mundialda iyunun 16-da ilk oyunları olan Çili yığması ilə görüşdə üstünlük əldə edə bilərlər.
Qeyd edək ki, Honduras DÇ-2010-a hazırlıq çərçivəsində ABŞ-a (1:3) və Venesuelaya (0:1) uduzub, Belarusla heç-heçə edib (2:2).
Qeyd edək ki, Honduras DÇ-2010-a hazırlıq çərçivəsində ABŞ-a (1:3) və Venesuelaya (0:1) uduzub, Belarusla heç-heçə edib (2:2).
0
0