Todorov: Azərbaycan klubuna keçidimə 350 min avro qiymət qoyulub
02.06.2010 - 11:59
Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Yordan Todorov yenidən Azərbaycandan dəvət alıb. Apasport.az saytının məlumatına görə, qış fasiləsində Bakının “İnter” klubunun maraq dairəsinə düşən, hətta müqavilə bağlayacağı deyilən 29 yaşlı bolqar yarımmüdafiəçi xoşbəxtliyini vətəndən kənarda axtarmaq istəyir.
Uzun illər Sofiyanın MOİK klubunda top qovan (2003-2010, 201 oyun, 26 qol) Todorov maliyyə problemləri ilə üzləşən Plovdiv təmsilçisi ilə yollarını ayırmağı qətiləşdirib: “Azərbaycan, Türkiyə və Rumıniyadan təkliflərim var. Ancaq karyeramı harada davam etdirəcəyimi hələ qərar verməmişəm”. “Lokomotiv” Todorovun xarici kluba keçməsi üçün 350 min avro transfer qiyməti qoyub.
Qeyd edək ki, “Xəzər-Lənkəran”da oynayan həmyerlisi Radomir Todorovun həmsoyadı bu il “Lokomotiv”in heyətində keçirdiyi 9 oyunda 5 qol vurub. Yordan hazırkı klubunda bir müddət öncə istefa verən, ölkəmizdə çalışmış türkiyəli mütəxəssis Naci Şensoyun rəhbərliyi altında oynayıb. İndiyə kimi yalnız vətənində - “Maritsa” (54 oyun, 6 qol), “Çernomorets” (Burqas, 56 oyun, 8 qol) klublarında oynayan Todorovun bütün uğurları MOİK-lə bağlıdır. Belə ki, yarımmüdafiəçi Bolqarıstanın ən titullu klubunun heyətində 3 dəfə çempionluğu (2003, 2005, 2008), hərəyə bir dəfə ölkə kuboku (2006) və Superkubokunu (2008) qazanıb.

0
0