Legioner limitində dəyişiklik edildi
02.06.2010 - 12:35
Türkiyə Futbol Federasiyası (TFF) keçirdiyi yığıncaqda Super Liqa klublarında forma geyinən legioner limitində dəyişiklik edib.
Apasport.az saytının məlumatına görə, TFF-in İdarə Heyətinin yeni qərarına əsasən komandalar 10 əcnəbi ilə müqavilə bağlaya bilərlər. Bu futbolçulardan 6-sı əsas heyətdə yer ala bilər. Lakin digər 4 əcnəbidən 2-si ehtiyat oyunçular skamyasında oturacağı halda, 2-si oyunu tribunadan izləməlidir.
Qeyd edək ki, yeni qərarla 6+4 sisteminə dəyişdirilən legioner limiti son mövsümdə 6+2 olub.

0
0