Aleksey Savinov: Azərbaycan yığmasına öz səhvlərimizdən qalib gələ bilmədik
                    
                    02.06.2010 - 14:13
                        
                        “Avstriyadakı təlim-məşq toplanışımız daha çox tanışlıq xarakteri daşıyırdı. Çoxlu yeni futbolçular var idi. Əlbəttə, biz həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirliklərinin yığması ilə keçirdiyimiz yoldaşlıq görüşündə qələbə qazanmağı çox istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moldova yığmasının futbolçusu Aleksey Savinov deyib.
İki ildir “Bakı” klubunun şərəfini qoruyan təcrübəli müdafiəçi Avstriyada yığmamızla yoldaşlıq görüşündə ikinci hissədə meydana daxil oldu. Savinovun fikrincə, həm Azərbaycan (1:1), həm də Birləşmiş Ərəb Əmirlikləri (2:3) görüşdə qələbəyə layiq olublar: “Ola bilər ki, hardasa nəsə alınmadı. Hərçənd biz qələbə qazana bilərdik. Komandamızın səviyyəsini nəzərə alsaq, bunu reallaşdırmalı idik. Ancaq yalnız öz səhvlərimizdən qalib gələ bilmədik. Allah etsin ki, bu, rəsmi oyunlarda təkrarlanmasın”.
Son günlərə gərgin qrafikdə olan Savinov özünü elə də yorğun hiss etmir: “Nə etmək, futbol həyatımızdır. Mayın 23-də Azərbaycan kubokunun finalında oynamışam, 24-də Kişinyova uçmuşam, axşam yığma ilə birgə Avstriyaya gəlmişəm. Mayın 26-da isə Azərbaycanla oynamışam. Bu, bizim həyatdır və gileylənməli deyilik. Bizim səviyyəsinə çatmalı olduğumuz futbolçular qədər ağır qrafikimiz yoxdur. İngiltərədə futbolçular bir mövsümdə 80 oyun keçirirlər! Buna görə biz şikayətlənməməli, əksinə, daha çox oynamağa can atmalıyıq. Biz yüksək səviyyəyə çatmağa çalışmalıyıq”.
Hazırda vətənində olan Aleksey vaxtilə oynadığı “Daçiya” klubundan dəvət alıb. Ancaq bu, ölkə kubokunun finalında uduzan Kişinyov təmsilçisinin 10 illik yubileyinə həsr olunan tədbirlə bağlı olub. Ora həyat yoldaşı ilə birgə yollanan Savinov belə bayramda iştirak etməkdən məmnun olduğunu söyləyib: “Çox şadam ki, məni belə bayrama dəvət ediblər. Axı klubun inkişafında töhfəm elə də böyük deyil. Ancaq dəvətə görə ürəkdən sevinirəm və buna dərhal cavab verdim. Yığma ilə Avstriyadan qayıdandan sonra dərhal bura gəldim. Belə bayramda iştirak etməyim çox xoşdur. Xaricdə yaşamağıma, Azərbaycanda oynamağıma baxmayaraq, internetdə bütün əsas səhifələr Moldovanın saytlarının hamısıdır. Mən çempionatımızın çox diqqətlə izləyirəm, hər şey haqda məlumatım var. Bu, vətənim, mənim bir hissəmdir. Buna görə də Moldova futbolunda baş verən hər şeydən xəbərdaram. Allah eləsin, ölkəmizdə belə tədbirlər, bayramlar keçirməyə səbəb çox olsun. Arzu edirəm ki, “Daçiya”nın gələn il də bayramı olsun, ancaq bu, ilk çempionluğu ilə bağlı olsun. Komanda nəhayət, “Şerif”in hegemonluğuna son qoysun”.
Qeyd edək ki, Savinov “Bakı”da hər iki mövsüm titul qazanıb. Ötən il ilk Azərbaycan çempionluğunu qazanan Aleksey bu dəfə ölkə kuboku və gümüş medala sahib çıxdı.

                                0
                                
                                0