Yığmamız mundial iştirakçısına 10 nəfərlə də uduzmadı
02.06.2010 - 22:26
Azərbaycan yığması Avstriyada təlim-məşq toplanışında sonuncu yoldaşlıq görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu millimiz DÇ-2010-un iştirakçısı Honduras yığması ilə qüvvəsini sınayıb.
Mayın 24-dən Avstriyada hazırlıq keçən millimiz bu müddətdə iki yoldaşlıq görüşü keçirib. Bunlar Moldova ilə heç-heçə (1:1), Makedoniyaya uduzduğumuz (1:3) oyunlardır. Foqtsun komandası qələbə qazanmaq vəzifəsini mundialda çıxış edəcək yığma ilə görüşdə yerinə yetirməyə çalışdı. Özü də bunun 30-cu qələbə olacağını nəzərə alsaq, millimiz yubileyin intizarında idi. Ancaq bunu bir qədər də gözləməli olacağıq. Yığmamız mundial iştirakçısı ilə görüşdə heç də pis təsir bağışlamadı və ən əsası, uduzmadı - 0:0. Hətta honduraslılar son 16 dəqiqəni qırmızı vərəqə alaraq meydandan çıxarıldıqdan sonra 10 nəfərlə qalan yığmamıza qol vura bilmədi. Foqts toplanışı başa vurduqdan sonra komandanı vətəninə aparacaq. Belə ki, yığmamız iyunun 3-dən 5-dək Almaniyanın Frankfurt şəhərində tibbi müayinədən keçəcək və bundan sonra vətənə dönəcək.
Yığmamızın Makedoniya ilə görüşdə olduğu kimi, Hondurasla oyunu da çətin hava şəraitində keçib. Belə ki, güclü yağışın yağması meydandakı mübarizəni çətinləşdirib. Foqts Hondurasla oyuna start heyətini açıqlayıb. Gözlənilənlərin əksinə qapı Kamran Ağayevin əsas əvəzləyicisi olan Fərhad Vəliyevə də tapşırılmayıb. Belə ki, yığmamızın mundilal iştirakçısı ilə görüşdə qapısını Səlahət Ağayev qoruyub. Bununla da 20 yaşlı qapıçı milli komandamızda debüt edib. Müdafiənin mərkəzində kapitan Rəşad Sadıqovla Ruslan Abışov yox, Saşa Yunisoğlu duet təşkil edib. Bununla da Yunisoğlu Avstriyada ilk dəfə meydana çıxıb. Müdafiənin col və sağ cinahları müvafiq olaraq Elnur Allahverdiyevlə Maksim Medvedevə tapşırılıb. Aleksandr Çertoqanov Avstriyada ilk dəfə əsas heyətdən kənarda qalıb. Onu dayaq yarımmüdafiəçisi mövqeyində əvəzləyən Samir Abbasov Amit Quluzadə, Elvin Məmmədov və Mahir Şükürovla birgə orta sahəni təşkil edib. Hücumda Rauf Əliyevlə Vüqar Nadirov yer alıb. Vüqar ilk dəfə Avstriyada yoxlama oyununda iştirak edib.
AZƏRBAYCAN - HONDURAS - 0:0
Azərbaycan: 23. Səlahət Ağayev, 14. Rəşad Sadıqov (k), 3. Saşa Yunisoğlu, 5. Elnur Allahverdiyev, 18. Maksim Medvedev, 9. Samir Abbasov, 16. Amit Quluzadə (8. Aleksandr Çertoqanov, 68), 10. Elvin Məmmədov (22. Ruslan Əmircanov, 77), 4. Mahir Şükürov, 17. Vüqar Nadirov (25. Cavid Hüseynov, 46), 11. Rauf Əliyev (20. Fabio Luis Ramim, 46)
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 6. Arif Daşdəmirov, 8. Aleksandr Çertoqanov, 13. Vurğun Hüseynov, 20. Fabio Luis Ramim, 22. Ruslan Əmircanov, 25. Cavid Hüseynov
Honduras: 1. Rikardo Kanales, 23. Serjio Mendoza, 17. Edqar Alvares, 21. Emillio İzaquirre, 20. Amado Quevera (k), 8. Vilson Palasios, 7. Ramon Nunyes, 5. Viktor Bernades, 3. Maynor Fiqueroa, 10. Julio de Leon Sezar, 11. David Suazo
Ehtiyat oyunçular: 18. Noel Valladares, 2. Osman Çaves, 4. Joni Palasios, 6. Hendri Tomas, 15. Valter Martines, 9. Karlos Alberto Pavon, 12. Georgi Velkom, 13.Roger Espinoza
4-cü dəqiqə. İlk dəqiqələrdən fəal olan Vüqar Nadirovun qapıya zərbəsi yandan keçdi.
5-ci dəqiqə. Rəqib yığmanın lideri David Suazo qol vursa da, həmin epizodda ofsayd olduğu üçün bu, hesaba alınmır.
12-ci dəqiqə. Oyunda ilk sarı vərəqəni Maynor Fiqueroa meydanın mərkəzində Elvin Məmmədova qarşı kobud oyuna görə alır.
15-ci dəqiqə. Rəqib hesabı açmaq üçün real imkan qazansa da, müdafiəçilərimiz Səlahətlə birgə topun qapıdan keçməsinə imkan vermir.
17-ci dəqiqə. Ağayev Nunyesin zərbəsini asanlıqla tutur.
22-ci dəqiqə. Rəqib qapısına ilk zərbəni Rauf Əliyev vurur. Ancaq Honduras yığmasının qapıçısı bunu tutmaqda çətinlik çəkmir.
30-cu dəqiqə. Sezarın yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapının üstündən keçir.
36-cı dəqiqə. Hesabı açmaq üçün real imkan əldə edirik. Ancaq Rauf Mahirin sağ cinahdan yerinə yetirdiyi cərimə zərbəsindən sonra yaxın məsafədən dəqiq zərbə vura bilmir.
41-ci dəqiqə. Yığmamız qol vurmaq üçün yüzfaizli şans qazanır. Ancaq Mahirin sağ cinahdan ötürməsindən sonra Elvin yaxın məsafədən qapıya düşə bilmir.
45-ci dəqiqə. Baş hakim əlavə vaxt təyin etmir və fasiləyə qolsuz heç-heçə ilə yollanırıq.
46-cı dəqiqə. Komandalar ikinci hissəyə əvəzetmələrlə başlayır. Yığmamızda iki, rəqibdə üç yeni futbolçu meydana daxil olur. Cavid Hüseynov əvəzlədiyi Vüqar Nadirovun mövqeyində, yəni yarımmüdafiənin sol cinahında yer alır. Fabio Luis Ramim isə hücumda Rauf Əliyevi əvəzləyir.
49-cu dəqiqə. Fabio rəqibdən topu oğurladıdan sonra qarşısı kobudluqla alınır. Bu epizodda Bernades sarı vəqərə ilə cəzalanır. Ramimin zərbəsindən sonra künc zərbəsini qazanırıq. Bu, kifayət qədər təhlükəli alınır və Şükürovun yerinə yetirdiyi künc zərbəsindən sonra top rəqib qapısından keçə bilərdi. Yağış yağması nəticəsində meydanın sürüşkən olması təhlükələri artırır.
53-cü dəqiqə. Oyunda sarı vərəqə alan ilk futbolçumuz Mendozaya qarşı kobud oynayan Allahverdiyev olur.
57-ci dəqiqə. Mahirin sağ cinahdan yerinə yetirdiyi cərimə zərbəsindən sonra rəqib qapıçı adi epizodda topu tuta bilməsə də, bundan istifadə edə bilmirik.
59-cu dəqiqə. Abbasov hakimlə mübahisəyə görə sarı vərəqə alır.
60-cə dəqiqə. Meydanın mərkəzində kiçik insident yaranır. Hakim bu dəfə Quluzadəni sarı vərəqə ilə cəzalandırır.
64-cü dəqiqə. Fabio Elvinin ötürməsindən sonra hesabı açmaq yaxşı imkan qazansa da, rəqibin cərimə meydanında müvazinətini itirərək yerə yıxılır. Hakim bu epizodu penalti zərbəsi kimi qiymətləndirmir.
68-ci dəqiqə. Foqts Quluzadənin yerinə Aleksandr Çertoqanovu meydana buraxır.
70-ci dəqiqə. Topu yumruğu ilə qaytarmaq istəyən Səlahətin buraxdığı kobud səhv az qala bizə qolla başa gələcəkdi. Bu epizodda Maksim topu qapı xəttindən çıxarararq təhlükəni sovuşdurur.
74-cü dəqiqə. Yunisoğlu sağ cinahda Alvaresə qarşı kobudluğu rəqib futbolçuların da narazılığına səbəb olur və onlar etirazlarını bildirir. Avstriyalı hakim Saşaya birbaşa qırmızı vərəqə göstərərək onu meydandan qovur. Bununla da son 16 dəqiqəni 10 nəfərlə keçirməli olacağıq.Alvaresin isə zədəsi ciddi olduğundan oyunu davam etdirə bilmir.
77-ci dəqiqə. Hesabı qorumağa çalışan Foqts arxa xətti gücləndirmək məqsədilə meydana daha bir müdafiəçini buraxır. Ruslan Əmircanov ilk dəfə Avstriyada meydana çıxır. O, hücuma meylli yarımmüdafiəçi Elvin Məmmədovu əvəzləyir. Ruslan müdafiənin col cinahında yer alır, orada oynayan Elnur isə Saşanın yerinə, yəni mərkəzə çəkilir.
81-ci dəqiqə. Şükürov azlıqda qalan komandamızın qol arzusunu reallaşdırmağa çox yaxın oldu. Ancaq Fabioya ötürmə verməyən Mahirin zərbəsi qapı dirəyinin lap yanından keçdi.
89-cu dəqiqə. Səlahət vaxtında irəli çıxıb topu tutmaqla, təhlükəni sovuşdurur.
90-cı dəqiqə. Əmircanovun sol cinahdan ötürməsindən sonra hücuma qoşulan Medvedev qol vurmağa çalışsa da, rəqib təhlükəni aradan qaldırır.
Baş hakim oyuna cəmi 1 dəqiqə əlavə edir və yığmamız mundial iştirakçısına 10 nəfərlə də uduzmadı. Foqts birgə meydanı tərk etdiyi hakimlərə Yunisoğlu ilə bağlı qərara görə narazılığını bildirdi.

0
0