Azərbaycan çempionu qız üstündə dalaşdığını etiraf etdi
02.06.2010 - 17:08
Son Azərbaycan çempionu olan Bakı “İnter”inin gürcü qapıçısı Georgi Lomaya klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, milli komandasının da üzvü olan təcrübəli futbolçu futboldan kənar sualları cavablandırıb.
- Hansı geyim markalarına üstünlük verirsən?
- Çox vaxt idman üslubundan istifadə edirəm. Geyimin hansı markadan olması önəmli deyil. Əsas odur ki, rahat olsun və insana yaraşsın.
- Hansı mətbəxə üstünlük verirsən və xoşladığınız yemək nədir?
- Gürcü mətbəxinə üstünlük verirəm. Yəqin ki, uşaqlıqdan öyrəşmişəm. Yeməklərdən sortivi, kupati, xinqali, xaçapuri, pörtlədilmiş çoşqadan da xoşum gəlir. Amma onu sizlər yemirsiniz.
- Boş vaxtını necə keçirirsən?
- Əsasən dostlarımla oluram. Amma hazırda boş vaxtım az olduğu üçün vaxtımı ailəmə həsr edirəm.
- Harada dincəlməyi sevirsən?
- Özümünkülərlə hər yerdə yaxşıdır.
- Hansı avtomobil markalarından xoşun gəlir?
- “Mersedes” markasından. Düzdür, “Ferrari” və “Lamborcini” kimi yaxşı maşınlar var. Amma belə baxanda “Mersedes” hamısından yaxşıdır.
- Hansı kitabları oxuyursan və filmlərə baxırsan?
- Kitab oxumağa vaxtım olmur. Tarixi kinofilmlərdən xoşum gəlir. Mənim ən çox sevdiyim “Bir dəfə Amerikada”, ”Cəsur ürək” və “Xaç atası” kinofilmləridir.
- Qız üstündə nə vaxtsa dalaşmısan?
- Uşaqlıqda olub.
- Uşağın peşəkar idmançı olsa, buna etiraz etməzsən?
- Yox, etiraz etmərəm. Amma mən istəməzdim ki, o, qapıçı olsun. Yaxşısı budur, hücumçu olsun.
- Özünü harada rahat hiss edirsən?
- Evdə, ailəmin yanında.

0
0