Berti Foqts: Qol vurmağa ustalıq səviyyəmiz çatmadı
02.06.2010 - 22:54
“Bərabər səviyyəli oyun oldu. Ümumilikdə normal oynadıq. Qol vurmaq üçün şansımız oldu. Ancaq bundan istifadə edə bilmədik. Qol vurmaq üçün ustalıq səviyyəmiz çatmadı və nəticədə görüş heç-heçə bitdi”. Apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Hondurasla yoldaşlıq görüşündən (0:0) sonra deyib.
O bildirib ki, oyunun yağışlı hava şəraitində keçməsi bizim üçün yaxşı oldu: “Belə havada oynamaq çətin olsa da, vacibdir. Bu, ilk növbədə beynəlxalq miqyasda rəsmi oyunlar üçün lazımdır. Rəqib mundial iştirakçısı olsa da, qələbə qazanmaq istəyirdik. İkinci hissədə daha yaxşı oynadıq. Ancaq müdafiəçimiz Saşa Yunisoğlunun qırmızı vərəqə alması oyunumuza mənfi təsir göstərdi. Qapıçımız Səlahət Ağayevin oyunundan razı qaldım. Hər halda, nəzərə alaq ki, ilk dəfə əsas yığmada oynayırdı. Onun yağışlı havada keçən oyunda yalnız bir səhvi oldu. Bu gün tam heyətlə oynamadığımızı da nəzərə almalıyıq. Hücumçular Fərid Quliyevlə Vaqif Cavadov zədə üzündən bu gün oynamadı. Yarımmüdafiəçilər Rəşad Sadiqovla Əfran İsmayılov isə bu səbəbdən Bakıda qalası oldu”.
Qeyd edək ki, yığmamız Avstriyada ilk oyunda Moldova ilə heç-heçə etdi (1:1), ardından Makedoniyaya uduzdu (1:3).

0
0