Rueda: Azərbaycan milli komandasının parlaq gələcəyi var
02.06.2010 - 23:02
Rueda: Azərbaycan milli komandasının parlaq gələcəyi var
“Azərbaycan yığmasının oyunu xoşuma gəldi. Komandanız mundial iştirakçısı ilə yoldaşlıq görüşündə yaxşı təsir bağışladı”. Bu fikirləri apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinə açıqlamasında Azərbaycan yığması ilə qolsuz heç-heçə edən Honduras millisinin baş məşqçisi Reynaldo Rueda deyib.

Kolumbiyalı mütəxəssis almaniyalı həmkarı Berti Foqtsun baş məşqçisi olduğu Azərbaycan yığmasının gələcəyini parlaq görür: “Yaxşı oyun oldu, yaxşı komandanız, gənc futbolçularımız var. Yığmamızın parlaq gələcəyi var və mən buna inanıram. Əl-ələ verib, futbolunuzun inkişafına çalışmalısınız. Gələcəkdə Türk dünyasında öz sözünüzü deyə bilərsiniz”.