Foqts Honduras yığmasının mundialda şansını dəyərləndirdi
02.06.2010 - 23:15
Foqts Honduras yığmasının mundialda şansını dəyərləndirdi
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Honduras yığmasının DÇ-2010-da şanslarını dəyərləndirib. Apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, almaniyalı mütəxəssis honduraslılarla 0:0 hesabı ilə nəticələnən yoldaşlıq görüşündən sonra bu ölkənin jurnalistinin sualını cavablandırıb. Foqtsun fikrincə, Honduras yığması mübarizəni elə qrupda dayandıracaq: “Əlbəttə, yığmanız mundialın favoriti deyil. Çətin qrupa düşmüsünüz.18 finala çıxmağınız çətin olacaq”.

Qeyd edək ki, Honduras İspaniya, Çili və İsveçrə yığması ilə bir qrupa düşüb.Reynaldo Ruedanın baş məşqçisi olduğu yığma ilk oyununu iyunun 16-da çilililərlə keçirəcək.