Yığmamız “Kommersbank Arena”da
03.06.2010 - 15:40
Yığmamız “Kommersbank Arena”da
Azərbaycan milli komandasının üzvləri Almaniya yığmasının oyununu izləyəcək. Apasport.az saytının məlumatına görə, mayın 23-dən iyunun 2-dək Avstriyada keçirilən təlim-məşq toplanışını başa vuran Berti Foqtsun yetirmələri Frankfurt səfərindən maksimum yararlanacaq.

Növbəti dəfə tibbi müayinədən keçmək üçün Almaniyaya gedən komandamız “Kommersbank Arena” stadionunda baş tutacaq Almaniya - Bosniya və Herseqovina yoldaşlıq oyununu arenanın tribunalarından izləyəcək. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Qeyd edək ki, Almaniya yığması Avro-2012-nin seçmə mərhələsində millimizlə birgə A qrupunda mübarizə aparacaq.

Mənbə: affa.az