Makedoniya mətbuatı: Azərbaycan yığması ilə oyun faciə idi
04.06.2010 - 09:58
Azərbaycan milli komandasının Makedoniya ilə mayın 29-da Avstriyada keçirdiyi yoldaşlıq görüşü hələ də müzakirə olunur. Apasport.az saytının məlumatına görə, Makedoniya mətbuatı 3:1 hesabı ilə qələbə qazandıqları həmin qarşılaşmanı faciəyə bənzədib.
Həmkarlarımız yığmanın oyununun televiziya kanalları ilə yayımlanmamağından narazı qalıblar: “Yığmamızın oyunlarının yayımlanmamağı fiaskodur. Yaxşı ki, peyk vasitəsilə Azərbaycanın “Xəzər TV”, Rumıniyanın “Digisport” kanallarında yayımlanan oyunlara baxa bildik. Yoxsa qələbələrimizə şahid ola bilməzdik. Hərçənd, bunun üçün cəmi 10 min avro tələb olunurdu. Lakin onlarla Makedoniya kanallarından heç biri bu xərci çəkməyə razı olmadı”.
Jurnalistlər kanalların futbola böyük pullar xərclədiyini, lakin yığmaya biganə qalmasını heç cür başa düşə bilmir: “MTV CAR-da keçirilən dünya çempionatının final mərhələsi üçün 500 min, ölkə çempionatı üçün 70 min avro ödəyir. “Sitel” kanalı İngiltərə Premyer Liqasının yayımı üçün ildə 650 min, “Alfa TV” isə İspaniya Primerosu üçün 1 milyon, “Kanal-5” Çempionlar Liqasına 2 milyon avro verir. Bütün bunların yanında cüzi olan 10 min avro isə heç bir kanalda tapılmır”.

0
0