“Vilyarreal” və “Hamburq”un futbolçuları Azərbaycanla oyuna çağırıldı
04.06.2010 - 10:11
İspaniyanın “Vilyarreal” və Almaniyanın “Hamburq” klubunun futbolçuları Azərbaycan millisi ilə oyuna çağırılıblar. Apasport.az saytının məlumatına görə, 17 yaşlılardan ibarət yığmamızın (U-17) hər il qatıldığı Moldova Futbol Federasiyasının Kuboku turnirinin təşkilatçısı ölkədə kənarda çıxış edən futbolçularına üz tutub.
Belə ki, Moldova U-17-in baş məşqçisi Serqey Dubrovin beynəlxalq turnir üçün açıqladığı 20 nəfərlik siyahıda “Vilyarreal”ın futbol akademiyasının 15 yaşlı oyunçusu Dana Ojoqa ilə “Hamburq”un 16 yaşlı üzvü Aleksandru Rikspuna yer verib. Onlar hər ikisi yarımmüdafiəçidir. Qalan futbolçular əsasən “Şerif” və “Zimbru”dandır.
Qeyd edək ki, Oliver Pelzerin baş məşqçisi olduğu yığmamız turnir çərçivəsində iyunun 8-də Belarus (Orxey, Bakı vaxtilə saat 12:30), 10-da Moldova (Vadul-Luy Voda, saat 20:00), 12-də Rumıniya (Orxey, 12:00) ilə görüşəcək.

0
0