“Formasını geyinəcəyim klubu dəqiqləşdirmişəm”
04.06.2010 - 10:52
“Hələ transferimlə bağlı konkret nəsə demək istəmirəm. Çünki “Xəzər-Lənkəran”dan transfer vərəqəmi almamışam”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın sabiq futbolçusu Ceyhun Sultanov deyib.
Mövsüm başa çatdıqdan sonra heyətində dəyişikliklər edən “Xəzər-Lənkəran” bir neçə futbolçu ilə yollarını ayırıb ki, onlar arasında Sultanov da var. Vaxtilə Azərbaycan yığmasının da formasını geyinmiş yarımmüdafiəçi başa çatan mövsümün əksər hissəsini ehtiyat oyunçular skamyasında keçirib. Baş məşqçi Ağasəlim Mircavadov ona əsasən kubok görüşlərində və çempionat çərçivəsində komanda üçün elə də ciddi əhəmiyyət kəsb etməyən matçlarda şans verib.
Təbii ki, “Bakı” ilə çempionluq sevinci yaşayan Sultanov üçün bu durum məqbul sayıla bilməz. İndi o, əsas heyətində çıxış edəcəyi komandanı seçməlidir. Əslində, futbolçu yeni mövsümdə hansı klubun şərəfini qoruyacağını dəqiqləşdirib: “Bilirsiz, transfer vərəqəmi almadığıma görə, konkret nəsə deyə bilmərəm. “Xəzər-Lənkəran” rəhbərliyi ölkə xaricindədir. Onlar gəldikdən sonra görüşüb transfer vərəqimi alacağam. Artıq formasını geyinəcəyim klubun adını da dəqiqləşdirmişəm. Ancaq ad çəkmək olmaz. Müqavilə imzaladıqdan sonra açıqlama verə bilərəm”.

0
0