“Azərbaycanlı futbolçular arasında seçim etmək çətindir”
04.06.2010 - 11:27
“Məşqlərdə əsasən texniki və taktiki hazırlığa üstünlük veririk. Eyni zamanda, rəqibin hücumları zamanı müdafiənin qurulması üzərində çalışırıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Oliver Pelzer deyib.
İyunun 1-dən Sumqayıtda seleksiya xarakterli təlim-məşq toplanışı keçirən almaniyalı çalışdırıcı Moldovada Futbol Federasiyasının Kuboku uğrunda turnirə hazırlaşır: “Bildiyiniz kimi, Moldovada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyik. Komandada istedadlı uşaqlar çoxdur. Onların arasından seçim etmək çətindir. Moldovaya gedəcək 18 nəfərlik heyət hələ müəyyənləşməyib. Ötən il həmin turnirdə ikinci olmuşduq. Çalışacağıq ki, bu dəfə daha yaxşı nəticə əldə edək”.
Qeyd edək ki, yığmamız turnirdə meydan sahibləri ilə yanaşı, Rumıniya və Belarus yığması ilə görüşəcək.
Mənbə: affa.az

0
0