“Olimpik-Şüvəlan” daha bir futbolçusunu saxladı
04.06.2010 - 14:41
“Olimpik-Şüvəlan” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Tərlan Xəlilov qarşıdakı çempionatda da paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.
“Təyyarəçilər” bundan öncə Cahangir Həsənzadəni və kapitan Aqil Nəbiyevi klubda qalmağa razı salıb. Güman ki, digər qapıçı Elşən Poladov da yeni müqaviləyə qol çəkəcək.
Eyni zamanda, legionerlərlə də yeni müqavilə barəsində danışıqlara start verilib. Belə ki, paytaxt klubu Usim Nduka və Draqan Mandiçi də komandada saxlamaqda maraqlıdır.
Qeyd edək ki, başa çatan mövsümü 7-ci pillədə bitirən “Olimpik-Şüvəlan” artıq 6 futbolçusu ilə yollarını ayırıb. İlqar Qurbanov, İsmail Fransisko, Anatoli Doroş, Sergey Laşenkov, Mirko Bunyevçeviç və Junivan Suareslə müqavilənin müddəti artırılmadı.

0
0