Mövsümün kəşfləri: Foqts özünü göstərənlərə biganə qalmır
05.06.2010 - 10:09
Başa vurduğumuz mövsüm kimiləri üçün uğurlu, kimiləri üçün isə bərbad alındı. Yerli futbolçular arasında parlayanları da oldu, gözlənildiyindən aşağı səviyyədə çıxış edənləri də.
Futbol təsərrüfatımız elə də böyük olmadığından kimin nə etdiyi, hansı səviyyədə oynaması, nə dərəcədə inkişaf edib və ya geriləməsi asanlıqla nəzərə çarpır. Bu səbəbdən də kiməsə haqsızlıq olunduğunu düşünmürük. Xüsusən də elə bir oyunçu olmadı ki, azacıq "artırıb", başın qaldırsın, amma Berti Foqtsun diqqətindən kənarda qalsın. Ədalət naminə demək lazımdı ki, almaniyalı mütəxəssis klublarda özünü göstərən bütün futbolçulara ən azı onlara stimul vermək üçün millinin düşərgəsinə dəvət etdi.
Yerli futbolçular arasında elələri var ki, başa vurduğumuz mövsüm xüsusilə onlar üçün daha uğurlu alındı. Doğrudur, onların arasında artıq bir neçə ildir ki, millinin formasını geyinənlər də var. Amma istənilən halda, onlar sonuncu marafonda daha çox diqqət çəkdilər. Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb, yaxşı mənada fərqlənən 10 ən yaxşı həmyerlimizin siyahısını təqdim edirik.
Fərid Quliyev. Çətin ki, kimsə Fəridin çempionatın bombardiri olacağını ağlına gətirə bilərdi. Elə futbolçunun özü də 16 qolla rəqiblərini arxada qoyacağını təsəvvür edə bilməzdi. Amma oldu. Ağıla gəlməyən başa gəldi. Avrokuboklara vəsiqə qazanan "İnter", "Bakı", "Qarabağ" və "Xəzər-Lənkəran"ın deyil, I diviziona yuvarlanan "Standard"ın forvardı XVIII çempionatın ən sərrast futbolçusu ünvanına sahib çıxdı. Doğrudur, birinciliyin başa çatmasına iki tur qalmış sözün əsl mənasında "bombardirlik rəzaləti" yaşandı. Quliyev nəticəsi heç bir əhəmiyyət kəsb etməyən qarşılaşmalarda poker və het-trik etməklə rəqiblərini qabaqladı. Amma nə dəxli var? Fakt budu ki, bombardir məhz o oldu.
Təbii ki, Fəridin canfəşanlığı Foqtsun da diqqətindən yayına bilməzdi. Təsadüfi deyil ki, alman çalışdırıcı millinin son 3 toplanışına Quliyevi də çağırıb.
Yeri gəlmişkən, yoldaşlıq matçlarında millinin formasını geyinmək şansı qazanan gənc futbolçu artıq fərqlənməyə də macal tapıb. Fəridin "siftə"si millin Dubay toplanışı zamanı reallaşdı.
Əfran İsmayılov. Qurban Qurbanovun ölkə futboluna qazandırdığı futbolçulardan biri də İsmayılovdur. Gənc çalışdırıcı ötən mövsüm Avroliqanın təsnifat mərhələsində riskə gedərək, çox az adamın tanıdığı Əfrana şans verməklə, onun üçün "yaşıl işıq" yandırdı. Gənc futbolçu isə öz növbəsində müəlliminin üzünə ağ olmadı. Əksinə, oyundan-oyuna inkişaf edən İsmayılov əvvəlcə noyabr ayı üçün ən yaxşı oyunçu seçildi, ardından isə Foqts onu öz komandasına cəlb etdi.
Təəssüf ki, mövsümün tapıntılarından biri olan Əfran yığmanın son toplanışına qatıla bilmədi. Zədəsini sağaltmaqla məşğul olan gənc yarımmüdafiəçini qarşıda daha çətin sınaqlar gözləyir.
Rauf Əliyev. Başa çatan mövsümü Əliyevin də hesabına yazmaq olar. O da İsmayılov kimi Qurbanovun ümidlərini doğruldanlar sırasındadır. Rauf artıq bir neçə ildir ki, "Qarabağ"ın formasını geyinməsinə rəğmən, indi parladı. Təsadüfi deyil ki, çempionatda vurduğu qollarla komandasına qələbələr qazandıran gənc hücumçunun yüksəlişi onun yığmaya dəvət olunması ilə nəticələndi. Əliyev xüsusilə də Avstriya toplanışı çərçivəsində keçirilən yoxlama matçlarında oyunu ilə alqış qazandı. Doğrudur, qol vurmağa müyəssər olmadı. Amma baş məşqçi onun oyunu xüsusilə qeyd etməyi özünə borc bildi.
Araz Abdullayev. Böyük ümidlər bəslədiyimiz Abdullayevin işləri günü-gündən yaxşı gedir. İldən-ilə "artıran" gənc futbolçu artıq adından söz etdirməyə başlayıb. Başa çatan mövsümdə əsasən yığmadakı çıxışı ilə əcnəbi seleksiyaçıların diqqətini cəlb edən Araza xeyli təklif gəldi. Rusiya təmsilçisi "Rubin" Abdullayevlə müqavilə bağlamağa hazırlaşdığı bir vaxtda "Everton" "Neftçi"yə rəsmi məktub göndərərək onun xidmətində maraqlı olduğunu bildirdi. Belədə "Rubin"lə danışıqları kəsən paytaxt klubunun rəhbərliyi bu günlərdə artıq "Everton"la razılığa gəldiklərini açıqladı.
Ruslan Abışov. "Neftçi"nin gənc mərkəz müdafiəçisinin işləri yaxşı gedir. Mövsümün gedişində əməliyyat keçirməsinə rəğmən, oynadığı futbolla daha çox diqqət çəkməyə başlayıb. Qış fasiləsində Norveç çempionatında oynamaq imkanı qazanan Abışov daha sərfəli variantları gözləməyi üstün tutaraq, "Haqesund"un təklifini qəbul etmədi.
Maraqlıdır ki, mərkəz müdafiəçisi olmasına rəğmən, yığmamızın bu günlərdə Moldova ilə keçirdiyi yoxlama matçında dayaq yarımmüdafiəçisi qismində çıxış etdi ki, bu da Foqtsun ona olan inamından irəli gəlir.
Amit Quluzadə. Bu il yığmada debüt edən futbolçulardan biri də Amit oldu. "Neftçi"də əsas heyətə düşə bilməməsinə rəğmən, Foqts onun U-21-dəki çıxışını nəzərə alaraq, əsas komandaya götürdü. Hondurasla oyunda "siftə" edən futbolçumuz həyəcanlı görünsə də, ümumilikdə pis təsir bağışlamadı. Meydanda canfəşanlığı ilə seçilən Quluzadə bu tempi saxlasa, gələcəkdə millinin aparıcı oyunçularından birinə çevriləcək.
Vurğun Hüseynov. "Qəbələ"nin aparıcı simalarından olan Hüseynov üçün mövsüm ikiqat uğurlu alındı. İnamlı çıxışı ilə əsas yığmaya çağırılan futbolçu "Xəzər-Lənkəran"a keçməklə irəliyə doğru önəmli addım atdı. Dünənə qədər sıradan bir futbolçu olan Vurğun indi çempionluğa oynayan, ölkəmizi Avroliqada təmsil edəcək bir komandanın və millinin üzvüdür.
Arif Daşdəmirov. Millinin son toplanışına dəvət olunmasına rəğmən, debüt şansı qazanmayan Daşdəmirov üçün də mövsüm uğurlu alındı. "Qəbələ"də baş məşqçi Ramiz Məmmədovun etimadını qazanan gənc futbolçu əsas heyətin dəyişilməz üzvlərindən idi. Məhz klubdakı oyunu yığmanın qapılarını onun üzünə açdı.

0
0