“Neftçi” daha iki legionerindən imtina etdi
07.06.2010 - 08:54
“Neftçi” daha 2 futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl 9 legionerlə vidalaşan “ağ-qaralar” bu siyahıya daha 2 əcnəbi də əlavə edib. Bunlar gürcüstanlı müdafiəçi Valeri Abramidze ilə rumıniyalı yarımmüdafiəçi Leonard Naydindir.
Paytaxt təmsilçisi onlarla başa çatan müqavilənin müddətini uzatmaqda maraqlı olmayıb. Bununla da sərbəst olan legionerlər özlərinə yeni klub tapmalı olacaq. “Neftçi” heyətdə yaranan boşluğu Avstriya və Braziliyadan legionerlərin cəlb olunması ilə bağlı apardığı seleksiya işi ilə doldurmaq fikrindədir.
Qeyd edək ki, “Neftçi” buna qədər rumıniyalılar – serbiyalı Vladimir Miçoviç, kamerunlu Valentin Atem, türkmənistanlı Nazar Bayramov, rumıniyalılar Adrean Neaqa, Marian Aliuta, türkiyəli Suat Usta, estoniyalılar Taavi Rahnla Vladimir Voskoboynikov, uruqvaylı Valter Quqlemonla yollarını ayırmışdı. Ötən həftəsonu isə iki yerli futbolçu – kapitan Zaur Tağızadə və Samir Əliyevlə başa çatan anlaşmalar uzadılmadı.
“Neftçi”də ilk dəfə 2005-06-cı illərdə oynayan Abramidze ölkə çempionluğu, bürünc medal və “Birlik kuboku”nu qazanmışdı. 30 yaşlı mərkəz müdafiəçisi bu ilin qışında flaqmana qayıtmışdı. Dayaq yarımmüdafiəçisi mövqeyində oynayan 31 yaşlı Naydin isə keçən yay transfer olunmuşdu.

0
0