Azərbaycan çempionu püşkün nəticəsini gözləyir
07.06.2010 - 13:40
Ölkəmizi qitənin ən mötəbər klub turnirində təmsil edəcək “İnter” hazırlığa sabah start verəcək. Bu haqda apasport.az saytına məlumat verən klubun baş menecerinin müavini Kamran İsmayılovun sözlərinə görə, komanda bir həftə ərzində Bakıda hazırlıq keçəcək: “Sabah “Şəfa” stadionunda yığışacağıq. İyunun 15-dək burada hazırlıq keçəcəyik. Bundan sonra təlim-məşq toplanışı keçirmək üçün Bolqarıstana səfər edəcəyik. Ən azı 3 həftə adıçəkilən ölkədə toplanış keçirəcəyik”.
Klub rəsmisi Bakıya dönüş tarixinin püşkatmadan asılı olacağını deyib: “Bakıya nə vaxt dönəcəyimiz püşkatmadan sonra bilinəcək. Əgər birinci oyunu doğma meydanımızda keçirməli olsaq, onda iyulun 6-da Bakıya dönəcəyik. Yox, rəqib meydanında keçirsək, Bolqarıstanı iyulun 12-də tərk edəcəyik”.
Transfer çalışmalarına gəldikdə, İsmayılov hələlik heç bir futbolçu ilə müqavilə imzalamadıqlarını bildirib: “Rubinsin bizimlə 1 illik müqaviləsi var. Transfer çalışmalarını davam etdiririk. Ancaq müqavilə imzaladığımız hansısa futbolçu yoxdur”.
“Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi Nizami Hacıyevin yenidən “bankirlər”in düşərgəsində dönmək ehtimalı var. Lakin Kamran İsmayılov onunla müqavilə imzalamadıqlarını, bu üzdən də geniş açıqlama vermək istəmədiyini deyib: “Nizami ilə müqavilə imzalamamışıq. Onunla anlaşma baş tutan kimi ictimaiyyətə açıqlayacağıq”.

0
0