AFFA yeni partnyor tapdı
07.06.2010 - 14:05
AFFA ilə Naxçıvan Avtomobil Zavodu arasında aparılan danışıqlar müsbət nəticə verib. Apasport.az saytının məlumatına görə, tərəflər arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub. Anlaşmaya əsasən qarşıdakı 2 il ərzində Naxçıvan Avtomobil Zavodu AFFA-nın nəqliyyat partnyoru olacaq.
Qeyd edək ki, digər tərəfdaşlarla olduğu kimi nəqliyyat partnyoru ilə müqavilənin də rəsmi imzalanma mərasimi keçiriləcək. Tədbirin keçirilmə yeri və vaxtı hələ dəqiqləşdirilməyib.
Mənbə: affa.az
Qeyd edək ki, digər tərəfdaşlarla olduğu kimi nəqliyyat partnyoru ilə müqavilənin də rəsmi imzalanma mərasimi keçiriləcək. Tədbirin keçirilmə yeri və vaxtı hələ dəqiqləşdirilməyib.
Mənbə: affa.az
0
0