Əfran İsmayılov: Topla məşq etməyi həkimlər öz ixtiyarıma buraxıb
08.06.2010 - 16:02
“Artıq həkim müayinəsindən keçmişəm. Şükürlər olsun ki, nəticələr ürəkaçandır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Zədələndiyi üçün mövsümü erkən qapayan və millinin Avstriyadakı təlim-məşq toplanışında iştirak etməyən İsmayılov və onun komanda yoldaşı Rəşad Sadiqov həkim müayinəsindən keçmək üçün 2 gün əvvəl Ankaraya yollanıblar. Yarımmüdafiəçi artıq komanda ilə birgə məşqlərdə iştirak edə biləcəyini söyləyib: “İyunun 10-da “Qarabağ” Türkiyəyə, Qızılcahamama gələcək. Təlim-məşq toplanışı zamanı komandanın heyətində yer alacağam. Hələlik trenajorda məşq edirəm. Ağrılarım yoxdur, topla məşq etməyi həkimlər öz ixtiyarıma buraxıb”.

0
0