“Qarabağ”da lider futbolçu yoxdur”
08.06.2010 - 16:21
“Hazırlığımız normal gedir. Gərgin və yorucu məşqlər keçirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun kapitanı Aslan Kərimov deyib.
Təcrübəli futbolçu hazırda məşq prosesində əsasən gənclərin iştirak etməsindən narahat deyil. Ancaq o, heyətin gücləndirilməsinə ehtiyac olduğunu deyib. Səbəbini isə belə izah edib: “Arxada qalan mövsüm də göstərdi ki, heyətimiz kifayət qədər geniş deyil. Ən əsası komandanı arxasınca aparacaq lider futbolçumuz yoxdur. Təbii ki, bu mənim şəxsi fikrimdir. Bir səviyyəli legionerimiz olsaydı, daha yaxşı olardı. Bəlkə də heyətimizin geniş olmaması üzündən çempion ola bilmədik. Zədəli və cəzalı oyunçularımız olduğundan çempionatın gedişində yersiz xallar itirdik. Bu da yekunda sözünü dedi”.
Kərimov hücum və yarımmüdafiə xəttinin gücləndirilməsinin vacib olduğunu vurğulayıb. O, hətta öz oyunundan tam razı qalmayıb: “Rəqabəti artırmaq üçün hər mövqeyə oyunçu transfer etmək lazımdır. Xüsusilə də yarımmüdafiə və hücumu gücləndirmək gərəkdir. Arxa xətt sabit çıxış edir. Hücum bir balaca axsayır. Dayaq yarımmüdafiəçisinə də ehtiyac var. Komandada bu mövqedə Namiq Yusifovla mən oynayıram. Lakin biz hardasa 80 faiz işimizin öhdəsindən gəlirik”.

0
0