“Turan” hazırlığa gələn həftə başlayacaq
08.06.2010 - 17:45
"Turan" komandasının Unibank Premyer Liqasının yeni mövsümünə hazırlıq planı gələn həftə məlum olacaq. Apasport.az saytının xəbərinə görə, klubun baş məşqçisi Nizami Sadıqov bildirib ki, iyunun 15-də "Turan"ın rəhbərliyi ilə keçiriləcək iclasdan sonra komandanın yeni mövsüm üçün planlarına aydınlıq gələcək. Tovuz təmsilçisinin yay təlim-məşq toplanışının proqramı, həmçinin transfer siyasəti məhz bu iclasdan sonra məlum olacaq.
0
0