Veteran futbolçunu döyüb məscidə atdılar
08.06.2010 - 23:07
Veteran futbolçunu döyüb məscidə atdılar
Bir vaxtlar "Sakaryaspor" və "Trabzonspor" klublarının formasını geyinən 58 yaşlı sabiq futbolçu Mehmet Kopyanı döyərək çılpaq şəkildə məscidin həyətinə atıblar. Apasport.az saytının xəbərinə görə, məscidə gələn insanlar tərəfindən huşsuz vəziyyətdə tapılan Mehmet Kopya xəstəxanaya çatdırılıb.

Hazırda futbolçuya hücum edənlərin kimliyi araşdırılır. Mehmet Kopya "Sakaryaspor"da 4 il forma geyindikdən sonra 1973-cü ildə "Trabzonspor"a transfer olunmuşdu. Futbolçu bu klubun forması altında karyerasını başa vurub. Cinayəti törədənlərin kimliyi müəyyənləşdirilməyib.