“Neftçi” klubundan qovulan futbolçu Çempionlar Liqasında oynayacaq
08.06.2010 - 23:09
“Neftçi” klubundan qovulan futbolçu Çempionlar Liqasında oynayacaq
Bir müddət əvvəl Bakının “Neftçi” klubundan kənarlaşdırılan Adrean Neaqa özünə yeni komanda tapıb. Apasport.az saytının xəbərinə görə, rumıniyalı futbolçu vətənində “Unireya” klubu ilə 2 il müddətinə müqavilə bağlayıb.

Onun yeni komandası Rumıniya çempionatının ikinci yerdə başa vurduğundan Çempionlar Liqasının dördüncü təsnifat mərhələsində mübarizə aparacaq.