Zeynal Məmmədov: Sabahadək gözləyin!
09.06.2010 - 14:27
Zeynal Məmmədov: Sabahadək gözləyin!
“Baş məşqçi məsələsinə hələ aydınlıq gətirilməyib. Bununla bağlı açıqlama sabah veriləcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib.

Hazırda serbiyalı Bojidar Bandoviç və almaniyalı Vinfred Şafer danışıqlar aparan ölkə kubokun son sahibi iki mütəxəssis arasında seçim etməkdə çətinlik çəkir. Baş məşqçi məsələsində qəti qərara gələ bilməyən bakılılar namizədlərin ölkəmizə gəlməsini gözləyir. Daha doğrusu Bandoviç Bakıya təşrif buyursa da, digər namizəd Şafer bu gün axşam saatlarında ölkəmizə gələcək. Məmmədovun sözlərinə görə “Bakı”nın transfer çalışmaları da baş məşqçi dəqiqləşmədiyi üçün açıq qalıb: “Transfer çalışmalarına baş məşqçi məsələsi dəqiqləşdikdən sonra aydınlıq gətiriləcək. Elə hazırlığı harada keçirəcəyimizə də bundan sonra qərar veriləcək”.

Qeyd edək ki, həm Bandoviçin Bakıda olması, həm də Şaferin ölkəmizə bu gün gələcəyi ilə bağlı məlumatı Azərbaycanda ilk olaraq apasport.az saytı yayıb.