Berti Foqts əfsanəvi futbolçu ilə müqayisə olundu
11.06.2010 - 15:10
Tanınmış rusiyalı mütəxəssis Yevgeni Lovçev Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsu Hollandiya futbolunun əfsanəsi Yohan Kroyfla müqayisə edib. Apasport.az saytının məlumatına görə, Foqtsla Kroyff futbolçu kimi DÇ-1974-ün finalında görüşüblər.
Almanların 2:1 hesabı ilə qalib gəlib, dünya çempionu olduqları oyunu xatırlayan Lovçev hollandı üstün tutub: “Oyunun 2-ci dəqiqəsində Kroyffun keçidindən sonra Foqts öz cərimə meydanında kobudluq edir və Neskens penaltidən qol vurur. Ancaq almanlar daha səbirli olaraq, sonda qələbə qazanır.
Hərçənd həyat həmin oyunun qəhrəmanlarına öz medallarını bağışladı. Kroyff “Barselona” ilə işləyirdi, çoxlu qələbə qazandı və ən əsası, yaxşı futbolun ləzzətini saxladı. Foqts isə Almaniya yığması ilə Avro-2006-da güclə çempion olandan sonra ikinci səviyyəli komandalarda işlədi və sonda Azərbaycanda qərarlaşdı”.
Milli komandamızın digər əcnəbi baş məşqçisi Karlos Alberto Torresi da yada salan Lovçev onu mahnı həsr olunmağa layiq futbolçu sayır: “Braziliya yığmasının 1970-ci ildə dünya çempionu olan heyətindən Pele, Tostao kimi futbolçular sonradan Vladimir Vısotskinin mahnılarına düşdü. Ancaq Vısotski həmin dahi komandanın kapitanı olan Karlos Albertonu haqsız yerə unutdu. Fikirləşin, Pele olan vaxtda Braziliya yığmasının kapitanı hansısa başqa futbolçu idi! Karlos Alberto İtaliya ilə final oyununda 4-cü, sonuncu qolu vurdu və Braziliya Jül Rimenin kubokunu həmişəlik özünə götürdü”.
Moskva “Spartak”ının və SSRİ yığmasının sabiq futbolçusu mundial tarixi haqda xatirələrində məşhur hakimimiz Tofiq Bəhramova da yer verib. Lovçev postsovet məkanından olmasına baxmayaraq, uzun illər bir ölkədə yaşadığı hakimin səhv etdiyinə əmindir: “1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatı əvvəldən axıra kimi yaxşı xatırladığım ilk turnirdir. İngiltərə və Almaniya yığmaları arasında final oyununun əlavə vaxtında hesab 2:2 olarkən meydan sahiblərinin hücumçusu Herstin başla zərbəsindən sonra top qapı dirəyinə dəyərək, yerə düşdü. Mən indiyə kimi əminəm ki, həmin epizodda qapı xəttindən içəri yox, yerə düşdü. Yan xətdə hakim olan Tofiq Bəhramov mərkəzə qaçmaqla, qol olduğunu işarə etdi. Həmin qolla bağlı mübahisələr indiyə kimi davam edir. Məncə, vəziyyətlə bağlı kompüter araşdırılması da keçirilmişdi. Ancaq bu qolun yüz faiz düz olmasına əmin olan yalnız Tofiq Bəhramovun Bakıdakı stadionda heykəli var. Ümumiyyətlə, 60-cı illərdə təkcə yığmalarımız yox, hakimlərimiz üçün qızıl dövr oldu. 1962-ci ildə Nikolay Latışev final oyunun baş hakimi oldu, 4 il sonra Bəhramov həlledici görüşdə idarəçilik edib. Hakimlərimiz Hertsin qolundan sonda final idarə etmədi”.

0
0