Vinfred Şafer “Bakı” klubunu Almaniyaya təlim-məşq toplanışına aparır
16.06.2010 - 13:24
“Komandamızda hələlik hansısa yenilik yoxdur. Baş məşqçimiz artıq Bakıdadır. Futbolçular bu gün onun rəhbərliyi altında məşq keçəcəklər. Transfer məsələlərinə isə yaxın günlərdə aydınlıq gətiriləcək”. Bu sözləri apasport.az saytına “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Bir neçə gün əvvəl baş məşqçi postuna almaniyalı Vinfred Şaferi gətirən vitse-çempion transfer çalışmalarını onun istəyi əsasında həyata keçirəcək. Klubla müqaviləsi başa çatmış bir neçə futbolçunu komandada qalıb-qalmayacağına baş məşqçi qərar verəcək. Ancaq paytaxt təmsilçisinin hansı ölkədə təlim-məşq toplanışı keçirəcəyi dəqiqləşib: “Böyük ehtimalla Almaniyaya gedəcəyik. İyunun 25-də səfərə çıxacağıq və 15-20 gün orada qalacağıq. Ona qədər isə Bakıda məşq edəcəyik”.
Bu arada Şaferə 3 həmyerlisi və yerli məşqçi kömək edəcək. Onun köməkçiləri ölkəmizə həftəsonuna qədər gələcəklər: “Qapıçılarla işləyən, fiziki hazırlıq, eləcə də ikinci məşqçi əcnəbi olacaq. Onlar 2 gün sonra Bakıya gələcəklər. Şaferin köməkçilərindən biri də yerli məşqçi olacaq. Onun kimliyinə baş məşqçi ilə məsləhətləşmələr apardıqdan sonra qərar verəcəyik”.

0
0