Denis Silvanın “Xəzər-Lənkəran” klubuna qayıdışı baş tutmadı
16.06.2010 - 13:32
Braziliyalı futbolçu Denis Silvanın “Xəzər-Lənkəran” klubuna qayıdışı baş tutmayıb. Bu barədə apasport.az saytına hazırda Almaniyada hazırlıq keçən cənub təmsilçisinin baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib. O bildirib ki, müdafiəçinin dönüşü ilə bağlı razılıq əldə olunmayıb.
Mircavadov hələ Almaniyaya səfər öncəsi saytımıza Silvanın transferi ilə bağlı məsələnin böyük ölçüdə həll olunduğunu bildirmişdi. O, Braziliyanın A seriyası təmsilçisi “Qremio Prudente” klubunun rəhbərliyi ilə danışıqların müsbət yekunlaşdığını demişdi. Rəhbərlik keçidlə bağlı imzaladığı sənədləri “Xəzər-Lənkəran”ın ofisinə göndərməli idi.
Ancaq təcrübəli mütəxəssis bu dəfə transferin baş tutmadığını bildirib: “Rəhbərlik bu işlə məşğul olurdu, mən buna qarışmıram. Braziliyalılar sonda imtina etdilər. Denisin özü də gəlmək istəmədi. Mən məsələnin təfərrüatını bilmirəm, ancaq deyəsən, klubla ortaq məxrəcə gələ bilməyiblər. Silva əvvəl razılığını vermişdi, sonra nədənsə alınmadı. Futbolçudur da, legionerə harada çox pul verirlər, ora gedir. Vallah, onun “Neftçi”yə, yaxud başqa kluba keçəcəyindən xəbərim yoxdur”.
Qeyd edək ki, Braziliyalı mətbuatında Azərbaycandan təklif alan Denisin “Neftçi”yə keçəcəyi, hətta paytaxt komandasının nümayəndələri ilə görüşdüyü yazılmışdı. 2008-ci ilin qışında “Xəzər-Lənkəran”a Mircavadovun vaxtında transfer olunan Silva qışda klubla müqaviləsini uzatmayıb, vətənə dönmüşdü.

0
0