“Qarabağ”a gələn yeni futbolçuların adları açıqlandı - YENİLƏNİB
16.06.2010 - 14:16
“Qarabağ” əcnəbi futbolçuların dəvət edilməsinə start verib. Apasport.az saytının məlumatına görə, hazırda Türkiyədə hazırlıq keçən Ağdam təmsilçisinin düşərgəsinə keçmiş Yuqoslaviyadan 2 futbolçu gəlib.
Bunlar 28 yaşlı bosniyalı sol cinah müdafiəçisi İqor Zurzinovla 26 yaşlı makedoniyalı hücumçu Zoran Baldovaliyevdir. Həmin futbolçular komandanın dünən keçirdiyi iki və bu günə təyin olunun ilk məşqinə qatılıblar. Baş məşqçi Qurban Qurbanov baxışa gələnlərlə bağlı yoxlama görüşlərində sınaqdan keçirəndən sonra qərar ehtiyac yaranıb.
Milli komandamızın futbolçusu Elnur Allahverdiyevin gedişindən sonra "Qarabağ"ın sol cinah müdafiəçisinə ehtiyacı yaranıb. Bosniyanın “Jelezniçar” klubundan gələn, vaxtilə yığmasında oynayan Zurzinov məhz bu mövqedə yararlı ola bilər.
İqordan fərqli, Zoran bizlərə yaxşı tanışdır. Belə ki, 2004/05 mövsümündə İmişlinin “MKT-Araz” klubunda oynayan (16 oyun, 4 qol), həmin vaxt yığmasına cəlb olunan Baldovaliyev ən yaxşı legionerlərdən sayılırdı. Bundan sonra Latviyanın “Ventsplis”, Bolqarıstanda hər iki “Lokomotiv”də oynayan hücumçu son 6 ayı İsrailin “Hapoel” klubunda keçirib.

0
0