Türk klubu azərbaycanlı futbolçudan imtina etdi
16.06.2010 - 14:34
Türkiyənin “Orduspor” klubu Azərbaycan yığmasının sabiq futbolçusu Anatoli Ponomaryovla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, I dəstə təmsilçisinin vitse-prezidenti İlkər Karaman imtina etdikləri futbolçular arasında 28 yaşlı hücumçumuzun da olduğunu bildirib.
Qışda “Orduspor”a gələn Ponomaryovun hələ bir illik müqaviləsi olsa da, yeni baş məşqçi Uğur Tütənəkərə lazım olmayıb: “Baş məşqçinin raportu əsasında təlim-məşq toplanışı öncəsi bir sıra futbolçularla yollarımızı ayırmağa başladıq. Geniş olan heyətimizdən bizlərə xidmət etmiş dəyərli futbolçularımızdan Hakan Məcit, Günay Şakar, Ridvan Koçak, Rza Şən, Muşa Kuş, azərbaycanlı futbolçu Anatoli Ponomaryova sonsuz təşəkkür edirik. Kamal Yıldırımla da yollarımızı ayırmaq üçün danışıqlara başladıq. “Orduspor”a xidmətlərinə görə bu dəyərli futbolçulara təşəkkür etməyi özümüzü borc bilirik. Onlara bundan sonrakı futbol həyatlarında uğurlar diləyirik. Yeni mövsümdə qarşımızda məqsəd Superliqaya çıxmaqdır”.
Qeyd edək ki, Anatoli “Orduspor”da 13 oyunda 1 qol vurub.

0
0