“Olimpik-Şüvəlan”ın bəyənmədiyi futbolçu Superliqa klubunda! - FOTO
16.06.2010 - 14:45
Bakının “Olimpik-Şüvəlan” klubunun imtina etdiyi moldovalı futbolçu Anatoli Doroş Qazaxıstana yollanıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının ötən mövsüm bombardirlər siyahısında 12 qolla yalnız Fərid Quliyevdən geri qalan 26 yaşlı hücumçu Superliqada çıxış edən “Tobol” klubuna baxışa gəlib. O, Kustanay təmsilçisində zədə üzündən mövsümü boşa verən həmyerlisi Andrey Korneyenkovu əvəzləməlidir. “Tobol”un rəhbərliyi onunla müqaviləni kluba digər legioneri dəvət etmək imkanı yaranması üçün pozub.
Qeyd edək ki, Doroş bir il oynadığı “Olimpik-Şüvəlan”ın ötən mövsüm bombardiri olsa da, onunla müqavilə uzadılmadı. Moldova yığmasının futbolçusu ölkəmizdə “MKT-Araz”, “Standard”, “Karvan”da da oynayıb.

0
0